Biləsuvarda heroin satmaq istəyən İran vətəndaşı yaxalanıb. Saxlanılan şəxs etiraf edib ki, həmin narkotik maddəyə görə ona 22 min dollar veriləcəkmiş. İran vətəndaşı 41 yaşlı Banı Nazi Mansoor Karman oğlu Biləsuvar sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçib. O, sərhədyanı ərazidə qaçaq yolla gətirilərək gizlətmiş narkotik maddəni satmağı palanlaşdırmış. Biləsuvar polisinin keçirdiyi əməliyyat zamanı o, 2 kq, 535 qram heroini şərti alıcıya satarkən yaxalanıb.
Saxlanılan şəxs polisə verdiyi ifadəsində narkotik maddənin satmağı İrandan olan tanışının təklif etditini bildirib. Bunun müqabilində isə ona 22 min dollar verilicəyi vəd olunub. Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB