Nərimanovda ev yandı

Səhər saatlarında Nərimanov rayonunda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin taxtadan ibarət arakəsmə divarı 1 kv.m sahədə yanıb. Hadisə yerində dərhal FHN yanğısöndürmə qüvvələri cəlb edilib. Ev yanğından mühafizə olunub.

Yanğın saat 08:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə