Mənzil sahibi yanaraq dünyasını dəyişdi

Mənzil sahibi yanaraq dünyasını dəyişdi

Xaçmaz və Bərdə rayonlarında evlər yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ağyaz Buduq kəndində 1953-cü il təvəllüdlü Hacıyeva Nəzakət Hacağa qızına məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı mənzilin sahibinin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 03:40-da söndürülüb.

Bərdə rayonu, Əyricə kəndində ümumi sahəsi 221 kv.m olan birmərtəbəli 8 otaqlı kürsülü evin yanar konstruksiyaları və əşyaları qismən yanıb.

Qalan tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə