Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarıldı

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarıldı

Bakıda yol-nəqliyyat qəzası baş verib. Binəqədi rayonunda "Saipa" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Saipa" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə