20500 manatlıq oğurluq

Gəncədə evdən külli miqdarda zinət əşyaları oğurlayan şəxslər tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də şəhər sakini Arzu Mustafayevin evindən 500 manat və 20000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri, əvvəllər məhkum olunanlar İlham Nəcəfov və Rövşən Hüseynov tutulublar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə