Bakıda yanğın

Bakıda tikilidə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları, soyuducu və divan yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Digər hadisə Bakı şəhəri, Suraxanı rayonunda baş verib. Belə ki, ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı dəmiryol xətti yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə