Mağazadan oğurluq edənlər tapıldı

Mağazadan oğurluq edənlər tapıldı

Mağazadan oğurluq edən gənclər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 26-na keçən gecə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan Nəsirxan Rzayevə məxsus mağazadan, qapının kilidini sındırmaqla 70 manat və geyim əşyaları, Əhsən Qasımova məxsus mağazadan isə, qapının kilidini sındırmaqla 20 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Azər Mirzəyev və 1999-cu il təvəllüdlü Vüqar Süleymanov tutulublar.

Faktla bağlı araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə