İzmirin Səfərinhisar rayonunun Doğanbəy Körfəzi tərəfində Yunan adalarına keçmək istəyən miqrantların gəmisi alt-üst olub. SİA-nın məlumatına görə, miqrantlardan 2-si uşaq olmaqla 9 nəfər həlak olub, 13 nəfər isə xilas olub.
Miqrantlardan 11-i üzərək sahilə çıxmağa nail olub. Sahil Təhlükəsizlik xidmətinə müraciət edən miqrantlar kömək istəyib.
2 immiqrant Sahil Təhlükəsizliyi tərəfindən xilas edilərkən 2-si uşaq olmaqla 9 nəfərin də cəsədi tapılıb.
Ərazidə axtarış işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB