Bakıda yeniyetmə və gənclərdən ibarət soyğunçu dəstə tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsi (PB) və Şevik Polis Alayı (ÇPA) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçmaqla soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri-əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB