Minik maşını teplovozla toqquşdu

Minik maşını teplovozla toqquşdu

Bakıda minik maşını teplovozla toqquşub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki qorunmayan keçiddə Lerik rayon sakini Elzamin Məcidli idarə etdiyi "VAZ-2106" markalı avtomobili teplovoza vurub, nəticədə sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə