Avtomobillərdən oğurluq edən şəxsin üzərindən narkotik maddə tapıldı. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il dekabrın 29-da S.S.Axundov küçəsində Ağdam rayon sakini Bəhruz Əliyevin idarə etdiyi "İsuzu" markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ayaz Əliyev tutulub və ondan 450 qram marixuana götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, o, ötən il oktyabrın 15-də S.S.Axundov küçəsində Sevinc İsmayılovaya məxsus "Toyota Rav-4" markalı avtomobildən, şüşəsini sındırılmaqla içərisindən 300 ABŞ dolları, şəxsiyyət vəsiqəsi və digər əşyalar olan əl çantasını, dekabrın 1-də isə Sənani Bağırova məxsus Naxçıvani küçəsində yerləşən mağazada vitrindən 1 ədəd planşet oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB