Axtarışda olan şəxslər tutulub

Axtarışda olan şəxslər tutulub

Oğurluq və dələduzluq maddəsi ilə axtarışda şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Sİa-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Abbas Hacıyev, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Pərviz Ağayev, Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Vasif Çərkəzov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə