Direktorun otağından oğurluq edilib

Direktorun otağından oğurluq edilib

Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından oğurluq olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından noutbuk və 2 saylı qadın məsləhətxanasının inzibati binasından təmir-tikinti alətləri oğurlamış Sumqayıt şəhər sakini Elçin Vahabov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə