Abşeron rayonunda tikinti şirkətindən oğurluq edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Əfrasiyab Mirzəyevə məxsus "Bina-İnşaat" MTK-nın həyətindən 6000 manat dəyərində inşaat materialları oğurlamış Bakı şəhər sakini Felman Həsənov, Beyləqan rayon sakini Rövşən Abdullayev və Masazır qəsəbə sakini Elməddin Məhərrəmov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB