Sumqayıtda yeni fəaliyyətə başlamış "Hiper" market talanıb. SİA-nın məlumatına görə, hadisə ötən gün gece saat 3 radələrində baş verib. Belə ki, naməlum şəxs qadınların ayaqyolusuna girərək orada marketin bağlanmasını gözləyib. Gecə saat 12-də market bağlandıqdan sonra naməlum şəxs öz pis əməllərini həyata keçirməyə başlayıb. O əvvəlcə telefonla digər yoldaşları ilə əlaqə saxladıqdan sonra xeyli sayda avas pulu, marketdə olan gümüş üzük və bilərzikləri və s. götürərək oranı tərk edib. Naməlum şəxs marketin kameralarına üzü bağlı şəkildə düşüb.
Hazırda Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB