Ağdaşdakı qəzada 5 nəfər ölüb

Ağdaşdakı qəzada 5 nəfər ölüb

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi "Dodge", Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə