Sumqayıtda avtobus qızın üstündən keçdi VİDEO+13

Qızın ölüm anı və ananın fəryadı... Sadəcə, dəhşətdir...
Sumqayıtda avtobus qızın üstündən keçdi VİDEO+13

Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib. Babək prospektində – "Hipper" marketin qarşısında sərnişin avtobusu yolu qaçaraq keçməyə çalışan qızı vuraraq üstündən keçib.

Videodan da məlum olur ki, qız anası ilə yolu keçməyə çalışır. Lakin o, anasından ayrılaraq qəflətən yolu qaçaraq keçmək istəyir. Yolu keçərkən qız ancaq sola baxır. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçir. Piyada aldığı ağır xəsarətlərdən yerindəcə keçinib. Qızın ölüm anı və ananın fəryadı sadəcə, dəhşətdir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

SİA sözügedən videonu təqdim edir:

avtosfer.az

Bütün xəbərlər Facebook səhifəmizdə