Avtobusun şüşələrini sındıran şəxslər müəyyən olunub. Bakı şəhəri Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində "Baku Bus" MMC-yə məxsus "İveco" markalı avtobusun şüşəsi sındırılıb. Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulan ziyanın azyşalıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB