Daxili İşlər Nazirliyi Mingəçevirdə ruhi xəstənin yanıb ölməsi ilə bağlı məlumat yayıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 27-də Mingəçevir şəhərinin Bağlar sahəsində yaşayan Cəfərqulu Süleymanova məxsus 3 otaqlı mənzildə yanğın baş verib. Nəticədə 2 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra C.Süleymanovun oğlu, ruhi xəstə İqbalın yanmış meyiti tapılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB