Türkiyə vətəndaşı Azərbaycanda öldü

Türkiyə vətəndaşı Azərbaycanda öldü

Azərbaycanda Türkiyə vətəndaşı sükan arxasında ölüb. SİA-nın Daxili İşər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 27-də Şəmkir rayonunun Seyfəli kəndində baş verib. Kənd ərazisində avtomobillərin hərəkət istiqamətinin əksi istiqamətində yolun kənarında dayanmış "İveco" markalı yük avtomobili aşkar edilib.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı sürücü, Türkiyə vətəndaşı Semiz Kademin meyiti (ilkin məlumata əsasən infarktdan ölüb) tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə