Göyçayda ev yanıb

Göyçay rayonunda vətəndaşa məxsus ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonunda vətəndaşa məxsus 240 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə