DİN-in univermağın çökməsi ilə bağlı məlumatı

DİN-in univermağın çökməsi ilə bağlı məlumatı

Daxili İşlər Nazirliyi (DİN) Bakıda univermağın dam örtüyünün çökməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Elşad Abdullayev və Bəhruz Abdullayev istifadə olunmayan mağazanın dam örtüyünü qardan təmizləyərkən dam çöküb. Nəticədə E.Abdullayev və B.Abdullayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə