Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini Turan Yusifovdan rəngli printerdə hazırlanan 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əsginas götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB