Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibinin övladı 1981-ci il təvəlüdlü Süleymanov İqbal Gəfərqulu oğlunun meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB