Bu saata olan məlumata görə, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxt yollarında 22 zəncirvari yol qəzası baş verib. SİA-nın xəbərinə görə, bu barədə açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, bu qəzalardan yalnız birində iki nəfər xəsarət alıb, digər qəzalar maddi zərərlə nəticələnib.
Şöbə rəisi yollarda hərəkətin normal olduğunu qeyd edib: "Şaxtalı hava şəraiti olsa da, yollarda sürüşmə ehtimalı aradan qaldırılıb. Paytaxtın inzibati ərazisinə aid olan hətta enişli-yoxuşlu yollarda, sərt döngələrdə belə normal hərəkət mümkündür. Buna baxmayaraq, yenə də sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB