Tərtərdə partlayış: bir nəfər xəsarət alıb

Tərtərdə partlayış: bir nəfər xəsarət alıb

Tərtər şəhərində ümumi sahəsi 88 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində ev əşyalarının bir qismi yanıb, bir otağın tavanı və divarları uçub. Hadisə zamanı bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə