Bakıda univermaq çökdü

Bakıda univermaq çöküb. SİA-nın xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində yerləşən köhnə univermaqda baş verib. Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyərək çöküb və 3 nəfər dağıntı altında qalıb. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə