Tərtər rayonunda yaşayış evində partlayış olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 2 kv.m sahədə ev əşyaları yanıb, bir otağın tavanı və yükdaşıyıcı divarları uçub. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB