Vaqif Əsədov qar qəzalarından danışıb

Vaqif Əsədov qar qəzalarından danışıb

Ötən gündən bu gün səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və metereoloji şərait nəzərə alınmadığı üçün 6 yol qəza hadisəsi qeydə alınıb. SİA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

"Bu hadisələr avtomobillərin sürüşərək birinin digərinə dəyməsi ilə əlaqədardır. Qəza hadisələri zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəyib" -deyə, V. Əsədov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə