Bu gün Sabirabad rayonunun Qaratuğay kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli qamış örtükdən ibarət kənd məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB