İstirahət mərkəzində baş verənlərlə bağlı cinayət işi açılıb

İstirahət mərkəzində baş verənlərlə bağlı cinayət işi açılıb

Bakı şəhər Prokurorluğu paytaxtda baş verən faciəli ölümlə bağlı məlumat yayıb. Bakı şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, yanvarın 23-də saat paytaxtın Bilgəh qəsəbəsində yerləşən "Qağayı" istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan, Füzuli rayon sakini, 1970-ci il təvəllüdlü Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə