Ağaca çırpılan maşın yandı

Qaxda ağaca çırpılan minik avtomobili yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Qarabaldır kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə