Bakıda və Sumqayıtda yanğın

Bakıda və Sumqayıtda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan bir dam altında tikilmiş mətbəx və hamamın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Digər bir yanğın hadisəsi isə Bakı şəhəri, Binəqədi rayonunda baş verib. "DELFİN" MMC-yə məxsus ərazidə ümumi sahəsi 97 kv.m olan taxta konstruksiyadan ibarət kottecin içərisində yerləşən saunanın tavanı 2 kv.m sahədə yanıb. Kottecin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə