6 ton ot bağlaması yanıb

Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində vətəndaşa məxsus 10 ton ot bağlamasının 6 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə