Hədə-qorxu ilə pul tələb etdi

Bakı sakinini hədələyərək pul alan şəxslər tutulub. SİA-nın DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib.

Belə ki, Bakı şəhər sakini Ramil Məmmədovdan hədə-qorxu gələrək 5000 manat tələb etmiş Cəlilabad rayon sakinləri Mahir Rzayev və Şamo Cəfərov pulun bir hissəsini Nərimanov rayonu ərazisindəki parkda ondan alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə