DİN-in Xırdalandakı hadisə ilə bağlı məlumatı

DİN-in Xırdalandakı hadisə ilə bağlı məlumatı

Abşeron rayonunda mənzilə basqın edən şəxslər yaxalanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Xırdalan şəhərində yaşayan Cabir Nəbiyevin evinə girib onu və oğlu Ələsgəri döyərək oradan 650 manat və 17560 manat dəyərində qızıl və gümüş əşyalar aparmış Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulub, digər şəxs isə müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə