Bakıda restoranların birində yanğın olub

Bakıda restoranların birində yanğın olub

Bakıda restoranlardan birində yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, belə ki, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan "Anadolu" restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 paqon metr yanıb. Restoran yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə