Mənzildən 2 meyit tapıldı

Bakıda mənzildən 2 meyit tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 19-da Bakı şəhər sakinləri Janna Məhərrəmovanın və oğlu Aleksandr Məhərrəmovun küt alətlə qətlə yetirilmiş meyitləri Nərimanov rayonunun H.Məmmədov küçəsindəki mənzillərində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə