Qaradağ rayonunda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 18-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Ağdaş rayon sakini Zahir Bayramovun idarə etdiyi "Mercedes" və Orxan Qarayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə O.Qarayev hadisə yerində ölüb, sərnişini Təbriz Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bakı Dövlət Yol Polisi tərəfindən (BDYPİ) araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB