Qardaşını bıçaqladı polisə təslim oldu

Qardaşını bıçaqladı polisə təslim oldu

Ailə məişət zəmnində qardaşını bıçaqlayan şəxs polisə təslim olub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 18-də Sabunçu qəsəbəsində baş verib. Belə ki, Faiq Xəlilov evində ailə-məişət münaqişəsi zəminində qardaşı Malikə bıçaqla xəsarət yetidikdən sonra könüllü olaraq 12-ci PB-yə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilmiş Malik isə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə