Basqınçılar hamilə qadına bıçaq çəkdilər

Yevlaxda 2 əmioğlu əlbir olaraq evi soymaq istəyiblər, lakin müvəffəq olmayıblar
Basqınçılar hamilə qadına bıçaq çəkdilər

Yevlaxda 2 nəfər evə oğurluğa girərək ev sahibəsindən pul tələb ediblər. Lakin ev sahibəsindən qışqır-bağırından təşvişə düşən quldurlar hadisə yerindən qaçıblar. Polis hər iki şəxsi də yaxalayıb. Lənkəranda isə qonşusundan 20 min manat dəyərində qızil-zinət əşyaları oğurlayan qadın və onun əlbir olduğu şəxs tutulub.

Yevlaxda 2 əmioğlu əlbir olaraq evi soymaq istəyiblər, lakin müvəffəq olmayıblar. Elvin Məmmədov və Əsgər Məmmədov oğurluq məqsədilə Gülay Qədimovanın evinə soxulublar. Əsgər Məmmədov bıçaqla ev sahibəsini hədələyərək qızıl-zinət əşyaları və pul tələb edib. Qadın özünü itirməyib və qışqıraraq qonşuları köməyə çağırıb. Bu zaman təqsirkarlar qaçmağa məcbur olublar.

Polis əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxsi saxlayıb və bıçaq maddi sübut kimi götürülüb. Lənkəranda isə qonşusunun evindən quldurluq yolu ilə 20 min manatlıq qızıl-zinət oğurlayan bir qadın və bir kişi saxlanılıb. Daşdalığjar kəndində Nuriyyə Nağıyeva və Mütəllim Əhədzadə əlbir olaraq Südabə Qəhramanovanın evinə giriblər.Qəniməti əldə etdikdən sonra Nuriyyə və Mütəllim ana ilə qızının əl-qolunu bağlayaraq evdən gediblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə