Bakıda Nəsimi polisi külli miqdarda narkotik maddə satmaq istəyən əcnəbini saxlayıb. Polis əməliyyat axtarış tədbirləri keçirərək həmin şəxsin iki müştərisini də ifşa edib. İran vətəndaşı Bakıda külli miqdarda narkotik maddə ilə saxlanılıb. Qasım Fəthini Nəsimi polisi müştəri gözləyərkən tutub. Onun əlindəli sellofandan 1 kiloqram yarıma yaxın heroin aşkar edilib. Dindirmə zamanı Qasım Fəthi zəhərli maddəni əvvəlcədən telefonla danışıb, satmaq üçün İrandan qaçaq yolla Bakıya gətirdiyini deyib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq polis ondan külli miqdarda heroini almaq istəyən Kürdəmir rayon sakini Hüseyn Xəlilov və Ağsu rayon sakini Nurlan Şirəliyevi də saxlayıb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB