Bakıda mənzildə yanğın olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 17-də saat 14 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Əli Orucovun evində baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Ə.Orucovun oğlanları Xəzər və Emin yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB