DİN-in Qubadakı qətllə bağlı məlumatı

DİN-in Qubadakı qətllə bağlı məlumatı

Daxili İşlər Nazirliyi (DİN) Quba şəhərində yerləşən "Retro" istirahət mərkəzində törədilən qətllə bağlı rəsmi məlumat yayıb. SİA-nın DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 15-də Quba şəhərində yerləşən "Retro" istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi "İnfiniti" markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə