Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, evin dəhlizinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB