Şəkidə yanğın

Şəkidə ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytın istinadən verdiyi xəbərə görə, Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və damına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə