Tovuzda gənc qız itkin düşüb. Qızın sənədlərini, paltarlarını da evdə tapmaq mumkun olmayıb. Hüquq mühafizə orqanlarının əməkdaşlarıətraflı axtarışlarını davam etdirir. Ali məktəbə hazırlaşan 21 yaşlı Zülfiyyə Səmədova müəmmalı şəkildə itkin düşüb.
Hadisə Tovuzun Əyyublu kəndində baş verib. Otən gün qardaşı 16 yaşlı Anar Səmədov qonşulara bacısının yoxa çıxdığını bildirib. Evə gələn qohumları arxa otaqda qan izləri olduğuna şahidlik ediblər. Dərhal Tovuz polisi məlumatlandırılıb.
İtkin düşmüş qızın sənədlərini, paltarlarını da evdə tapmaq mumkun olmayıb. Rayon polis şöbəsindən verilən məlumata görə qızın axtarışları davam edir. Hazırda hadisə baş verən kənddə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırmalarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB