FHN-in təyyarəsi Türkmənistana yola düşüb

FHN-in təyyarəsi Türkmənistana yola düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyitini gətirmək üçün yola düşüb. FHN-dan SİA-ya verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə