Fövqəladə Hallar Nazirliyi əməkdaşları baş vermiş bir neçə hadisəyə operativ müdaxilələr ediblər.
SİA-nın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaradıblar.
Başqa bir məlumata əsasən, Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 8 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB