1 gündə 73 cinayət faktı 26 nəfər tutulub

1 gündə 73 cinayət faktı 26 nəfər tutulub

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 73 cinayət faktı qeydə alınıb. Onların da 14-nün üstü "isti izlər"lə açılıb. mCinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 26 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə